Psixopatiya xasiyyətdir, ya xəstəlik? – VİDEO
Bu gün ən çox eşitdiyimiz sözlərdən biri də psixopatdır. Psixopatiya yunan sözü olub “psyche” – beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s. qabiliyyətinin bütün formalarını əhatə edən anlayış, “patos” isə pozuntu (xəstəlik), istirab deməkdir. Psixopatiya dedikdə xasiyyətin anomliyası və ya şəxsiyyətin patologiyası nəzərdə tutulur.
Psixopatiya xasiyyətdir, ya xəstəlik? Bunu ayrıd etmək üçün mütləq həkimlərlə, mütəxəssilərlə məsləhətləşməyə ehtiyac var.
Bu barədə Aktor.Az-ın sullarına peşəkar psixonevroloq Fəxriyyə Məmmədova cavab verir:
Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.
1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.
Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.
2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.
Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com
Həkimlə əlaqə telefonları:
+994 50 317 4195
+994 50 581 5542