Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsi uğurla başa çatıb.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay müddətində icra edilib və əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, idmanın təşviqi və narkotik vasitələrin zərərli təsirləri barədə ictimai maarifləndirmənin gücləndirilməsi olub.
Bu müddət ərzində internet televiziyasında narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqinə həsr olunmuş dörd maarifləndirici veriliş hazırlanaraq yayımlanıb.Verilişlərdə mövzu ilə bağlı mütəxəssislər, ictimai fəallar və idman nümayəndələri çıxış edərək vacib məlumatlar təqdim ediblər.
Layihə çərçivəsində Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub.Eyni zamanda Gəncə şəhərində də layihənin məqsədlərinə uyğun tədbir keçirilib.Tədbirlərdə gənclər, müəllimlər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.İştirakçılara narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilib.Çıxış edənlər sağlam həyat tərzinin formalaşdırılmasında idmanın mühüm rolunu xüsusi vurğulayıblar.Layihə iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.Maarifləndirici fəaliyyətlər gənclərin zərərli vərdişlərdən uzaq durmasına töhfə verməyi hədəfləyib.Layihə çərçivəsində həyata keçirilən tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Təşkilat nümayəndələri gələcəkdə də bu istiqamətdə oxşar təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Beləliklə, “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsi qarşıya qoyulan məqsədlərə uyğun şəkildə uğurla yekunlaşıb.







