Azərbaycanlı müğənninin mahnısı İranı bir-birinə qatdı – VİDEO
Cənubi Azərbaycanda yaşayan türk müğənnisinin ifa etdiyi mahnı İran rejimi tərəfindən birmənalı qarşılanmayıb.İnterpress.az xəbər verir ki, Təbrizdə yaşayan müğənni Əli Pormehrin 2016-ci ildə İranın Germi şəhərində ifa etdiyi mahnı yenidən səs-küyə səbəb olub. Əslən azərbaycanlı olan Ə.Pormehri Gərmidə baş tutan konsertində ifa etdiyi mahnılarla Güneydə yaşayan soydaşlarımız tərəfindən sevilir.
Qeyd edək ki, Əli Pormehr Muğan vilayətinin Gərmi şəhərində anadan olub. Təbriz, Urmiya, Türkçülüklə bağlı oxuduğu mahnılarla tanınır. Azərbaycan dilində mahnılar ifa edən müğənni İranda yaşayan türklər tərəfindən xeyli sevilir. O, türk dilində mahnılar ifa edən yeganə pop müğənnisidir. O, 2015-ci ildə İranda keçirilən musiqi yarışmasında qalib olsa da, onun qalibiyyəti İran hakimiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Buna görə də, yarışmadakı nailiyyəti ilə əlaqədar müğənniyə vəd verilən mükafatlar geri götürülüb.