KriminalXəbər xətti

Təndir qaladı, içində meyit tapıldı – Azərbaycanda dəhşətli hadisə

Lənkəranda 50 yaşlı qadın təndirə düşərək yanıb.”Report”-un verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Aşağı Təngivan kəndində baş verib. Çörək bişirmək üçün təndir qalayan 50 yaşlı kənd sakini, Əliyeva Böyükxanım Talıb qızının yanmış meyidi təndirin içərisində aşkar edilib.
Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir.