GündəmİqtisadiyyatManşetQHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

“Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinə start verilib

“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2025-ci il tarixindən “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinin icrasına start verib.Layihə rəhbəri Reyhanə Hacıyevanın bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2025-ci il) icra olunacaq.

Gəncə şəhəri, İsmayıllı və Abşeron rayonlarında həyata keçiriləcək hər tədbirdə 30-40 nəfərin  iştirakı nəzərdə tutulub. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq ekspertlər, mütəxəssislər də iştirak edəcək.

Reyhanə Hacıyeva vurğulayıb ki, layihənin əsas məqsədi qadınların hüquq və maliyyə idarəçiliyi istiqamətində bilik və bacarıqlarının artırılması yolu ilə yeni bizneslərin yaradılmasına, mövcud bizneslərin inkişafına və ümumilikdə iqtisadi artıma dəstək olmaqdır.

Layihə qadınlar arasında ideyanı biznesə çevirmək istiqamətində maliyyə və hüquqi savadlılığın artırılmasına, yeni biznesə başlayan və ya mövcud bizneslərini inkişaf etdirmək istəyən qadınların motivasiyasına töhfə verəcək, həmçinin uğurlu biznes fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşlər keçiriləcəkdir. Ümumilkidə mövcud biznes fəaliyyəti zamanı qarşıya çıxa biləcək çətinliklər haqqında müzakirələr aparılacaq və onların  mümkün həlli yolları barədə məsləhətlər veriləcəkdir.

Layihənin yeni iş yerlərinin yaranmasına və qadınlar arasında məşğulluğun artmasına töhfə verəcəyi gözlənilir.

Reyhanə Hacıyeva onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 3 maarifləndirici veriliş ərsəyə gətiriləcək. Ekspertlərlə efir görüşündə qaldırılmış məsələlərin müzakirəsi, onların mümkün həlli yolları üçün təkliflərin verilməsi nəzərdə tutulur.Layihə çərçivəsində xüsusi çarx da hazırlanacaq.