DünyaGündəmİqtisadiyyatManşetXəbər xətti

Avropa İttifaqı da Suriyanı sanksiyalardan azad etdi

Avropa İttifaqı (Aİ) Şurası Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi qərarını rəsmiləşdirən hüquqi aktlar qəbul edib. Suriya Mərkəzi Bankı da daxil olmaqla 24 maddə siyahıdan çıxarılıb.

Aİ-nın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas açıqlamasında “Bu gün Aİ Suriya xalqının yenidən birləşməsinə və yeni, dinc Suriyanın qurulmasına kömək edəcək keçid dövründə tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir” deyib.Hüquqi aktların rəsmi qəbulu hələ Kallasın mayın 20-də elan etdiyi vaxtdan qüvvəyə minir.

Qeyd olunur ki, Mərkəzi Bankdan başqa, neft hasilatı və pambıq emalı sektorunda fəaliyyət göstərən şirkətlər, eləcə də KİV-lər sanksiya siyahısından çıxarılıb.

Diqqətə çatdıraq ki, Aİ Suriyaya qarşı sanksiyaları ilk dəfə 2011-ci ildə Bəşər Əsəd prezident olanda tətbiq edib. Tədbirlərə neft embarqosu, investisiya məhdudiyyətləri, Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması və Aİ ölkələrindən “daxili repressiya üçün istifadə edilə bilən” avadanlıqların tədarükünə qadağa daxil olmuşdu.

Onu da qeyd edək ki, bir müddət  əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə turnesi zamanı dövlət başçısı da analoji addım ataraq, Suriya üzərindən sanksiyaların götürüldüyünü dilə gətirmişdi.