ƏdəbiyyatGündəmManşetMədəniyyətSabir FonduSiyasətSosialTəhsilXəbər xətti

“Mirzə Ələkbər Sabir virtual muzeyi” təqdim edildi – FOTOLAR

Bu gün  Mirzə Ələkbər Sabir Fondu dahi şairin  155 illiyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində  “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimatını etdi.

 

Aktor.Az xəbər verir ki, ziyalıların, elm adamlarının, jurnalistlərin, QHT nümayəndələrinin, sənətkarların, tələbələrin də qatıldığı bu tədbiri giriş sözü ilə tanınmış jurnalist Vəsilə Vahidqızı açaraq belə bir layihənin  həyata keçırılməsini ictimiyyət arasında çox müsbət bir rezonans yaradacağını vurğulayaraq bunun sabirsevərlər üçün əvəzsiz bir töhvə olduğu qeyd etdi.

 

Daha sonra söz alan layihə rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi bu layihədə Sabirə aid olub müxtəlif mənbələrdə – kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə,  internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradıldığı qedy etdi.

 

Nəzərə çatdıraq ki, şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bugünlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə  həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin  1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin sonbeşik övladı  Məmmədsəlimin sağlığındaikən  xatirələri əsasında hazırlatdırdığı  maketı və hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar  müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin  təmirdən oncəki 360 Panoramik görüntüsü və  muzeyin maketin əsasında  tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da  virtual muzeydə yer alıb. S.Tahirli  qeyd etdi  ki, şairə aid bütün məlumatların daxil ola bildiyi  vahid baza ilk dəfə olaraq yaradılır.

 

Daha sonra  saytı işləyib hazırlayan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli  “Virtual muzey”ın təqdimatını etdi. Təqdimatdan sonra  AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla İmanova,  Beynəlxalq Avrasiya Mətbuat  fondunun rəhbəri Umud Mirzəyev, əməkdar artist Ağalar Bayramov, sabirşünas professor Alxan  Bayramoğlu, İctimai Televiziyanın əməkdaşı Azər Süleymanlı çıxış etdilər.

 

Sonda şairin ABŞ-da yaşayan nəvəsi  və tədbirə SKYPE vasitəsilə qoşulan Gündüz Tahirli hər kəsi  salamlayaraq ədibin Şamaxıda tikilməkdə olan muzeyinin inşası barədə məlumatlar verdi.

 

“Mirzə Ələkbər Sabir virtual muzeyi” ilə bağlı daha ətraflı http://sabirmuseum.az/ ünvanından tanış ola bilərsiniz.