Azərbaycan Milli QHT Forumunun ofisində görüş keçirilib
Martın 13-də Azerbaycan Milli QHT Forumu (National NGO Forum)-nun ofisində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Forumun idarə heyətinin üzvü Azər Allahverənovla “Miqrasiya orqanları veteranlarına dəstək” ictimai birliyinin təşəbbüsü qrupunun görüşü keçirilib.
Görüşdə iştirak edən təşəbbüs qrupunun üzvləri Pərviz Musayev və Nazim Salmanov yeni formalaşma prosesində olan qeyri-hökumət təşkilatının məqsəd və vəzifələri barədə məlumat verib, miqrasiya orqanları veteranlarının sosial rifahının yaxşılaşdırılması, onlara zəruri sosial dəstəyin göstərilməsi istiqamətində birliyin həyata keçirəcəyi fəaliyyətlər haqqında danışıblar.
Təşəbbüsü yüksək dəyərləndirən A.Allahverənov birliyin fəaliyyət istiqamətləri ilə bağlı tövsiyələrini verib və gələcək işlərində uğurlar arzulayıb.