Ağsuda faciə – 10 yaşlı uşaq öldürüldü
Ağsuda 10 yaşlı uşağı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 20-də saat 14.00 radələrində Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində Şamaxı rayon sakini Şakir Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəflətən yola çıxan kənd sakini, 10 yaşlı Ramil Abışovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Ağsu RPŞ tərəfindən araşdırma aparılır.