Milli Məclisin deputatı Azər Allahverənov Zabratda vətəndaşları qəbul edib – FOTOLAR
Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbulda iştirak edən zabratlılar yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən məhəllədaxili küçələrin asfaltlanması, həssas kateqoriyadan olan şəxslərin məşğulluq imkanlarının artırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb. Qəbulda iştirak edən vətəndaşlara əminliklə bildirilib ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaq, aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər ediləcəkdir.
Müraciətlərin nəticələri barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar.





