Azərbaycadan yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin növbəti iclası keçirilib – FOTOLAR
26 yanvar 2025-ci il tarixində Saatlı rayonu Şirinbəy kəndində, Saatlı, Sabirabad və Beyləqan rayonları üzrə bölgə toplantısı təşkil olundu. Toplantıda Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov da iştirak etdi. Toplantıya ATVİB İH-nin üzvləri, kənd ilk təşkilat sədrləri, və kənd fəalları dəvət olunmuşdu. Toplantını bölgə rəhbəri Mühiddin Xəlilov açıq elan etdi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Bu barədə ATVİB mətbuat xidmətindən Aktor.Az-a verilən məlumatda deyilir.
ATVİB-nin sədri Xalid Xəlilov, gündəlikdə duran birinci məsələ olan: Vətənə köç komissiyasının 17 yanvar 2025-ci il tarixində keçirilən toplantısı haqqında ətraflı məlumat verdi. Daha sonra ATVİB İH-nin sədr müavini Rüstəm Xəlilov da məsələ haqqında ətraflı məlumat verdi.
Gündəlikdə duran ikinci məsələ olaraq, 2021-ci ildə ATVİB İH-nin sədri və İH-nin üzvlərinin Dünyanın 9 ölkəsində yaşayan Axısxa Türklərinə aid cəmiyyət və dərnək sədrlərinə DATÜB ətrafında birlik və bərabərlik şəraitində fəaliyyətimizi davam etdirilməsi çağrısına davam olaraq, xalqın istək və arzularını nəzərə almaqla toplantı iştirakçıları qərar aldı və həmin cəmiyyət və dərnəklərin DATÜB ətrafında sıx birləşərək Vətən mücadiləsini birlikdə yürüdülməsini xahiş etdilər.
Tədbirin sonunda ATVİB-nin sədri Xalid Xəlilov, Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo idman növü üzrə beynəlxalq turnirdə iştirak edərək uğurlu nəticələr əldə edən gənclərimizə fəxri fərman və hədiyyələr təqdim edib.