FotoGənclər fonduGündəmManşetSosialVətəndaş cəmiyyətiXəbər xətti

Ətraf mühitin qorunması və sudan səmərəli istifadə məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi tərəfindən icra edilən “Ətraf mühitin qorunması və sudan səmərəli istifadə” adlı layihənin təlimləri uğurla yekunlaşıb. İctimai Birlikdən bildirilib ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, ekologiya üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, özəl sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.

Təlimlərdə Azərbaycanın gələcəyə yönəlik müəyyən etdiyi uğurlu inkişaf strategiyasının əsas istiqamətləri, davamlı inkişaf strategiyası, ölkənin bu günü, gələcəyi istiqamətində əsas prioritetlər müzakirə edilib.

Təlimlərdə çıxış edənlər insan inkişafı baxımından ekologiyanın qorunmasının təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə bu sahə üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında ətraf mühitin qorunması və sudan səmərəli istifadə edilməsi konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Ekoloji maarifləndirmənin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.

Təlimlərdə təhsilin idarəedilməsi üzrə ekspert dosent Yusif Ağayev, politoloq Zaur Məmmədov, hüquqşünas professor İsaxan Vəliyev, insan inkişafı üzrə mütəxəssis Murtaza Həsənov, Anar Şükürov, İKT üzrə mütəxəssis Əliyar Musayev və digərləri çıxış ediblər.

Təlimlər qarşılıqlı fikir mübadiləsi ilə keçib. Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.