ManşetQHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

“Rəqəmsal gənclər” proqramı çərçivəsində ÖDƏNİŞSİZ təlimlərə qoşula bilrəsiniz – GƏNCLƏR ÜÇÜN MÖHTƏŞƏM İMKAN

Azərbaycan Respublikasının Gənclər Nazirliyinin dəstəyi, “İnnovasiyaya Doğru Gənclərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “”Rəqəmsal gənclər” platforması” adlı layihəyə start verilib.

Təşkilatın sədri Rəşad Cəfərov layihənin əhəmiyyəti barədə danışarkən bunları bildirib: “Rəqəmsal təhsil artıq gələcəklə bağlı deyil, bu günümüzdür. Müasir texnoloji həllər öyrənmək üçün mükəmməl alətlər təqdim edir. Təqdim etdiyimiz bu layihə də onlayn platforma üzərindən gənclərə İT sahəsindəki müasir peşələrə yiyələnmələrini nəzərdə tutur.”

Layihə çərçivəsində 10-dək istiqamətdə 3 regionda (Lənkran- Astara, Quba-Xaçmaz, Dağlıq Şirvan) 45 gənc bu layihədən birbaşa yararlanacaq. Seçim zamanı respondentin bu sahəyə marağı və regionda olması nəzərə alınacaq.

Təşkilar sədri həmçinin qeyd edib ki, təqdim edilən bu layihənin ideyası təlimlərin videodərs formatında xüsusi bir onlayn təhsil platforması üzərindən gənclərə təqdim olunmasıdır. Dərslərin platforma üzərindən təqdim edilməsi layihənin region gənclərini əhatə etməyə imkan verəcək.  Həmçinin iştirakçı özünə uyğun vaxtda platformaya daxil olaraq dərslərini izləyəcək və tapşırıqlarını yerinə yetirəcək. İştirakçi bütün gənclərə elektron sertifikat təqdim olunacaq. Bu platformada dərslər təlimçilər tərəfindən layihə başa çatdıqdan sonra da daim yenilənəcək və iştirakçılar üçün ömür boyu açıq olacaq.

Təşkilat sədri həmçinin bu layihədən yararlanmaq istəyən gəcnlərə çağırış edib: “Sosial Medianın Marketinqi – SMM, Kiber Təhlükəsizlik Kursu, Mobil Proqramlaşdırma-Android, ChartJs dərsləri, AutoCad 3D, Autocad-2D istiqamətində bilik və bacarıqlara sahib olmaq istəyən gənclər innovasiyayadogru@mail.ru email ünvanına istək məktub göndərməklə müraciət edə bilərlər. Son müraciət 30 noyabr 2024-ci il tarixidir.”

Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında informasiya texnologiyalarından səmərəli iştifadəni təbliğ etmək, onların İT sahəsindəki müasir peşələrə maraqlarının artırılmasına və bu peşələr istiqamətində bacarıqlara sahib olmalarına dəstək olmaqdır.