Millət vəkili Şəhidin anım günündə iştirak edib – FOTOLAR
Oktyabrın 6-da Vətən müharibəsi şəhid leytenant Məhəmməd Şəbiyevin anım günü münasibətilə Zabrat qəsəbəsində xatirə tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Azər Allahverənov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər. Azər Allahverənov çıxışında Vətən müharibəsinin ədaləti bərpa etdiyini və Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük zəfərə nail olduğunu vurğulayıb. Deputat 44 günlük Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. O, şəhidlərin canı və qanı bahasına əldə edilən bu tarixi qələbənin xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə mümkün olduğunu vurğulayıb. Allahverənov, həmçinin, şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağını bildirib.
Tədbir zamanı şəhidin abidəsi ziyarət olunub və gül dəstələri qoyulub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!