“Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsi başa çatıb
“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən icrasına başladığı “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsi başa çatıb
Layihə rəhbəri Reyhanə Hacıyevanın bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2024-cü il) icra olunub.Ucar və Oğuz rayonlarında həyata keçirilən hər tədbirdə 40 nəfərdən çox şəxs iştirak edib. Tədbirlərdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunan ekspertlər, mütəxəssislər də iştirak ediblər.
Reyhanə Hacıyeva onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 4 veriliş ərsəyə gətirilib. Ekspertlərlə efir görüşündə qaldırılmış məsələlərin müzakirəsi, onların mümkün həlli yolları üçün təkliflərin verilməsi nəzərdə tutulmuşdu..