“Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi başa çatıb
“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən icra etdiyi “ Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi başa çatıb.
Layihə rəhbəri Leyla Rəcəbzadənin bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunub.Sumqayit, Şirvan və İsmayıllı şəhərində həyata keçirilən tədbirlərin hər birində 40 çox (18-35 yaş aralığı) iştirakçı qatılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.Tədbirlərdə həmçinin layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunan ekspertlər iştirak edib.
Leyla Rəcəbzadə onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 3 veriliş, həmçinin İsmayıllı rayonunda ekoloji inkişafa dəstək məqsədi ilə gənclər, eləcə də digər yaş kateqoriyasından olan yerli sakinlərlə flaşmob düzənlənib, təbliğat xarakterli söhbətlər aparılıb.Onun sözlərinə görə, davamlılığı təmin etmək üçün təmsil etdiyi təşkilat bundan sonra eyni mövzuya müraciət edəcək.
Leyla Rəcəbzadə hər cür dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.