FotoGündəmManşetQHT AgentliyiSiyasətSosialVətəndaş cəmiyyətiXəbər xətti

Azər Allahverənovun Kürdəxanı qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib

2024-cü il sentyabrın 1-də keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi sürülmüş Azər Allahverənovun Kürdəxanı qəsəbəsində yaşayan seçicilərlə say etibarilə üçüncü görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan qəsəbə sakini Yamin Nəzərov millət vəkilliyinə namizəd Azər Allahverənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəxanı qəsəbəsinin sakinləri ilə keçirdiyi görüşlərə nəzər salıb və bu ərazidə yaşayan qəsəbə sakinlərinin rifahının yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması və digər sosial əhəmiyyətli məsələlərə dair təkliflərlə çıxış edib.

Seçkiqabağı platforması barədə danışan Azər Allahverənov əvvəlki görüşlərdə sakinlər tərəfindən səsləndirilən məsələlərin həlli ilə bağlı fikirlərini açıqlayıb və seçildyi təqdirdə həmin istiqamətlərdə fəaliyyətlərinin necə təşkil edəcəyi barədə danışıb.
Tədbirdə çıxış edən qəsəbə sakinləri qarşıdan gələn seçkilərdə fəal olacaqlarını və səslərini deputatlığa namizəd Azər Allahverənova verəcəklərini əminliklə bildiriblər.