Azər Allahverənovun Zabrat qəsəbəsində seçicilərlə növbəti görüşü keçirilib – FOTOLAR
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun Zabrat qəsəbəsində yaşayan seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan İlham Mustafayev deputatlığa namizəd Azər Allahverənovun həyat yolu barədə qısa məlumat verib, şəxsin bilik və bacarığının dərin peşə təcrübəsinin geniş olduğunu vurğulayıb və seçiciləri qarşıdan gələn parlament seçkilərində fəal olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb.
Özü barədə danışan Azər Allahverənov əvvəlki illərdə Sabunçu rayonu ərazisində həyata keçirdiyi layihə fəaliyyətləri barədə məlumat verib, Milli Məclisə seçiləcəyi təqdirdə bu fəaliyyətlərin daha da genişləndirilməsi istiqamətində səylərinin səfərbər edəcəyini qeyd edib. Xüsusilə bildirilib ki, Zabrat qəsəbəsinin ərazisində mövcud olan aktual məsələlərin həlli üçün qurumlararası əlaqələndirmə işlərinin effektiv aparılmasına zərurət var və gələcəkdə həyata keçiriləcək fəaliyyətlər zamanı bu kimi məqamlara ayrıca olaraq diqqət yetiriləcəkdir.
Çıxış edən Zabrat qəsəbə sakinləri yaşadıqları ünvanlarda mövcud olan məsələlər haqqında məlumat verdilər və həmin problemlər barədə müfəssəl məlumatın aidiyyəti strukturlar qarşısında qaldırılmasının vacibliyini qeyd edbilər.
Tədbir iştirakçıları deputatlığa namizədə inandıqlarını və qarşıdan gələn parlament seçkilərində Azər Allahverənova etimad göstərəcəklərini bildiriblər.
Sonda Azər Allahverənov görüş iştirakçılarının suallarını ətraflı cavablandırıb.