Xəbər xətti

Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.Bu haqda Oxu.Az-a şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

“Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib”, – deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.