Tural Abbaslı və Əli Əliyev seçkilərdən kənarda qaldılar
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.Aktor.Az xəbər verir ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil.
MSK məsələni səsə qoyaraq qəbul edib və Tural Abbaslının namizədliyi qeydə alınmayıb.
İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin də namizədliyi qeydə alnmayıb.
Bununla da namizədlərin qeydə alınması başa çatıb.