FotoGündəmManşetSiyasətXəbər xətti

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin yaranmasının ilə bağlı toplantı keçirilib – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin yaranmasının I ildönümü münasibətilə toplantı keçirildi.İcmadan verilən məlumata görə, tədbiri açıq elan edən QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov yarandığı 1 il ərzində icma tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. O bildirdi ki, sözügedən nümayəndəlik ötən il ərzində üzvlər arasında sıx əlaqə, habelə yerli idarəetmə orqanları ilə də koordinasiyalı fəaliyyət qura bilib.


Belə ki, nümayəndəlik ofislə, avadanlıqla təmin olunub, icma üzvlərinin bir yerdə toplanması, mütəşəkkil qaydada fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb.


Hesabatdan sonra QAİ Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətini əks etdirən video-təqdimat nümayiş etdirildi. QAİ İH-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, çox az müddətə baxmayaraq İcmanın Sumqayıt şəhər nümayəndiliyi ən nümunəvi təşkilatlardan biridir. O həm icma üzvlərinə, həm də tədbirdə iştirak edən Sumqayıt şəhər rəhbərliyinə təşəkkür edərək bildirdi ki, icma Qayıdış konsepsiyasının prinsiplərindən irəli gələn öhdəlikləri bütün resurslardan istifadə edərək yerinə yetirməyə davam edir. QAİ sədri İcmanın ən böyük uğurunun Qərbi Azərbaycan məsələsinin ümummilli məsələyə çevrilməsinə nail olmasını vurğuladı və icmanın beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlərdən bəhs etdi. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşviq Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov bildirdilər ki, hər bir azərbaycanlı bu yolda mübariz olmalı, aktivlik nümayiş etdirməlidir.


Daha sonra Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətində fəallıq göstərən, xüsusi xidmətləri ilə seçilən icma üzvləri təşəkkürnamə ilə təltif olundular və icmaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi və döş nişanları ilə təqdim olundu.