Elman Nəsirov yenidən deputatlığa namizəddir
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. Elman Nəsirov da siyahıda adı olan namizədlər arasındadır.
Qeyd edək ki, Milli Məclisin V və VI çağırış deputatı olan Elman Nəsirov öz namizədliyini 72 saylı Cəlilabad kənd seçki dairəsindən irəli sürəcək.
Xatırladaq ki, Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmub. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirib. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olub.
1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirib. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışıb. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edib.
1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında calışmışdır. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professorudur. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyətinin üzvü, 2012-ci ildən isə onun məsul katibidir. 2012-ci ildən Rumıniya Respublikasının nüfuzlu “Geopolitika” elmi-analitik jurnalının Redaksiya heyətinin üzvüdür.
2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının ekspertidir. 2013-cü ildən bu günədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun direktoru, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvüdür.
Bundan başqa, Elman Nəsirov müxtəlif illərdə ali mükafat və medallara layiq görülüb.Belə ki, 1997-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdikləri “Azərbaycan neftinin dünəni, bu günü və sabahı” mövzusunda gənc alim və tədqiqatçıların ümumrespublika müsabiqəsinin qalib olmuş, I dərəcəli diplom və mükafatla təltif edilmişdir. 2000-ci ildə eyni tipli müsabiqənin qaliblərindən biri olaraq III dərəcəli diplom və mükafatla təltif edilmişdir.
2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri işçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı laureati diplomu ilə təltif olunmuşdur. 2009-cu ilin 30 dekabr tarixində Daxili Qoşunların şəxsi heyəti qarşısında hərbi-vətənpərvərlik mövzusunda etdiyi mütəmadi çıxışlarına görə Daxili Qoşunların Komandanı tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2022-ci il ki Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.