“Futbola siyasi eynək geyib baxmaq olmaz” — Elman Nəsirov
əbər verdiyimiz kimi, Türkiyə killi komandasının futbolçusu Merih Dəmiralın Avro-2024-də, Avstriya ilə 1/8 final matçında (2:1) vurduğu qola Bozqurd işarəsi ilə sevinməsi dünya mediasında gündəm olub. Qol sevincindən sonra UEFA tərəfindən futbolçu haqqında “uyğun olmayan davranış”a görə araşdırma başladılıb. Bu isə milyonlarla azarkeşin narazılığaına səbəb olub.
Bildirək ki, türk xalqlarının totemi olan Bozqurd qorxmazlığı, ram olunmazlığı, lider və döyüşçülük ruhunu təcəssüm edir.
Bəs, Avropa ölkələrinin “Bozqurd” işarəsinə zorla irqçilik donu geydirməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, irqçilikdən danışanlar ilk növbədə, Avropanın böyük paytaxtlarında islamofobiya və ksenofobiya mübarizə aparsalar daha yaxşı olar.
Elman Nəsirov qeyd edib ki, futbola belə siyasi eynək geyib baxmaq olmaz və burada qətiyyən irqçilik məsələsi yoxdur:
“Avropa Çempionatı oyununda hər iki qolun müəllifi olan türkiyəli oyunçunun Bozqurd işarəsi göstərməkdə ittiham edilməsinin heç bir əsası yoxdur. Bozqurd türklərin bir simvoludur. Hesab edirəm ki, bu idman hadisəsini siyasiləşdirməkdən başqa bir şey deyil. Ümumiyyətlə, nə zaman idman qalıb kənarda, sadə bir hərəkətə siyasi don geyindirirlər. Bu zaman idman özünün mahiyyətini itirir. İdmanı bu qədər siyasiləşdirmək olmaz. Bu və ya digər dövlətə bunu təzyiq vasitəsinə çevirmək olmaz. Ona qalsa bu gün Avropada islamofobiya, ksenofobiya bir tendensiyaya çevrilib.
Dünyada əksər dövlətlərin öz simvolları var. Məsələn, rus deyəndə insanın ağlına ayı assosiasiyası yəlir, hətta rus ayısı ifadəsi çox populyardır. Fransada xoruzu simvollaşdırıblar. İranda şir, ərəblər də dəvəni simvollaşdırıb.
Hesab edirəm ki, məsələyə bu prizmadan yanaşdıqda çoxlu suallar yaranır. Görünür, Türkiyənin Avropanın əsas dövlətlərindən olan Avstriya komandasının üzərində qələbəsini gözləmirdilər. Belə olan vəziyyətdə mən burada öz hikkələrini bu şəkildə ifadə etmək cəhdini görürəm. Hesab edirəm ki, oyunçuya qarşı belə qərəzli yanaşma Avropanın müasir idman qurumlarının, FİFA və UEFA-nın imicinə qətiyyən müsbət heçnə qatmır. Əksinə, bir çox hallarda oyunda obyektivlikdən danışırlar, amma reallıqda isə öz davranışları obyektiv oyunun keçirilməsinə mane olur və bir siyasiləşmə tendensiyası diqqətdən yayınmır. Ona görə də biz bunun əleyhinəyik. Çoxmilyonluq Türkiyə tamaşaçısı da bu davranışı qınayır”.