Elməddin Behbudun “Mücahid ömrü: Məhəmmədsadıq Aran” kitabı” işıq üzü görüb
Jurnalist, siyasi təhlilçi, QHT rəhbəri Elməddin Behbudun “Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabı” işıq üzü görüb. Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində Zəngəzuru təmsil edən millət vəkili, yazıçı, türk millətçisi Məhəmmədsadıq Aran haqqında ilk dəfədir ki, ölkəmizdə kitab nəşr olunur.
M.Aran sovet rejiminə qarşı aramsız mübarizə aparan və bu istiqamətdə yüzlərlə kitab, məqalə yazan azsaylı insanlardandır. “Mücahid ömrü” adlı kitabda Məhəmmədsadıq Aranın Azərbaycan dilinə uyğunlaşdırılmış iki kitabı və onlarla məqaləsi oxucuların ixtiyarına verilib. Kitabda eyni zamanda M.Aranın xaricdə yaşayan doğmalarının maraqlı xatirələri də yer alıb.
Kitab Cümhuriyyət və mühacirət dövrünün öyrənilməsi baxımından qiymətli mənbədir.