Füzulidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
Füzuli rayonu 50 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Xalqın əbədi yaşar dastanı” adlı tədbir keçirilib. Tədbirdə həmkarım Elman Nəsirov, politoloq Anar Əliyev, Qarabağ regional təhsin idarəsinin Füzuli rayon sektorunun müdiri Ramella Məmmədova, Vətən müharibəsi qazisi Şiraz Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aktor.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. O, qeyd edib ki, çıxış edənlər bildiriblər ki, Milli Liderin yenidən hakimiyyətə qayıtması iqtisadiyyatın bərpasına gətirib çıxarıb: “Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi idi. Bu gün əldə etdiyimiz ərazi bütövlüyü və suverenliyimiz onun əsasını qoyduğu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, sonra tədbir bədii hissə ilə davam edib.