ManşetSiyasətXəbər xətti

Azərbaycan iqlim dəyişikliyi problemlərinin həllinə ciddi töhvə vermək niyyətindədir – Elman Nəsirov

Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Bu yaxınlarda tərəfdaşlarla iqlim dəyişikliyi ilə bağlı danışdığını bildirən dövlət başçısı qeyd edib ki, bu, qaçılmazdır:

“Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək”. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İlham Əliyevin 2008-ci ildə  mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürdüyü platformadır: 

“2011-ci ildə ölkəmizdə ilk dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Artıq həmin forum Azərbaycanda altıncı dəfədir baş tutur. Forum çərçivəsində Cənap Prezident İlham Əliyev çox mühim məqamlarla çıxış etdi. İlham Əliyev ilqim dəyişikliklərini müzakirə etmək üçün birlik olmağı təklif etdi. Dünyadakı ölkələr biri-birlərini ittiham edərək planetə kimin daha  çox ziyan vurduğunu və qlobal istiləşməyə görə kimin məsuliyyət daşıdığı ilə bağlı mübahisələr edirlər. Amma biz bu məsələlərə belə yanaşsaq problemi həll edə bilməyəcəyik. Həmin problemlər qlobal olduğuna görə, həllinə də qlobal yanaşmaq lazımdır. Heç kim əlahiddə şəkildə problemlərin öhdəsindən gələ bilməz. Birlik və həmrəylik olan zaman hədəflərimizə çatırıq”.

Deputat qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə ciddi töhvə vermək niyyətindədir:

“Azərbaycan bərpa olunan enerji mənbələrinin əsas ixracatçılarından birinə çevrilmək iddiasındadır. Bunun üçün bizim potensialımız mövcuddur. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edir. Azərbaycanın paytaxtı Bakıda iqlim dəyişikliklərilə bağlı mövzuların tənzimlənməsin üçün çoxsaylı təşəbbüslər olacaq. Eyni zamanda, belə bir tədbiri həyata  keçirən Azərbaycan ölkə səlahiyyətindəki digər məsələləri də gündəmə gətirməlidir. Azərbaycan sülh və təhlükəsizlik məsələlərini də müzakirə predmenti etmək niyyətindədir. COP29 tədbiri daxilində dünyanı narahat edən sülh və təhlükəsizlik məsələlərilə bağlı iştirakçı tərəflər konkret təşəbbüslərlə çıxış edə bilərlər. Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezindenti Vladimir Putin də həmin tədbirə dəvət alıb. Tədbir zamanı iki ölkə arasında həllini gözləyən problemlərin də müzakirə olunma ehtimalı var. İlham Əliyevin qeyd etdiyi kimi, COP29 tədbirinə qədər Azərbaycan-Ermənistan arasında sülhün imzalanması əsas hədəflərdən biridir. Əgər bu baş tutarsa, Ermənistan Baş naziri Nikol Paşinyanın da COP29-a qoşulması mümkündür”.