DiasporMediaXəbər xətti

“Gürcüstan”nın keçmiş redaktorunun qəbri ziyarət olunub

Gürcüstanda yaşayan və fəaliyyət göstərən Azərbaycandilli mətbuat nümayəndələri olan jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyman Süleymanovun qəbrini ziyarət ediblər.

Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, jurnalistlərdən “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, qəzetin əməkdaşlarından Nəsib Nəsobov və Elman Kələyev, Zahid Nəsibov, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, RegionPress qəzetinin redaktoru Binnət Əlioğlu, “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, yazıçı-jurnalist Əli Abbas, professor Mahmud Kamaloğlu və digər qələm sahibləri tanınmış jurnalist S. Süleymanovun qəbrini ziyarət edərkən görkəmli qələm sahibinin ünvanına xoş sözlər söyləyiblər.

Jurnalistlər S. Süleymanovun mətbuat sahəsində fədakar və istedadlı jurnalist kimi çalışdığını və Azərbaycandilli mətbuatımıza töhfələr bəxş etdiyini bildiriblər.

Qeyd edək ki, Süleyman Məhəmməd oğlu Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, 1980-ci ildə Gürcüstan Ali Sovetinin deputatı seçilib. 1997-ci ildə Gürcüstanın “Şərəf” ordeni və 1981-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub. S. Süleymanov Gürcüstan Ali Sovetinin Fəxri fərmanı və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adlarina layiq görülüb.

2014-cü il, uynun 26-da Tiflisdə vəfat edib, anadan olduğu Kürdlər kəndində torpağa tapşırılıb.