Maaş və pensiyalar artırılacaq – AÇIQLAMA
Millət vəkili Elman Nəsirov maaş və pensiyaların artırılacağı anonsunu verib.
Deputat bu barədə TV Müsavat-a açıqlamasında danışıb. Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsinin rifah halının yaxşılaşdırılması hökumətin qarşısında dayanan prioritet məsələlərdən biridir:
“İl ərzində əməkhaqlarının, maaşların və müavinətlərin qalxması prosesi davam etdiriləcək. Şəhərin mərkəzində tətbiq olunan parklanma qiymətlərinin aşağı salınması ilə bağlı isə məndə heç bir məlumat yoxdur. Ancaq məndə o məlumat var ki, maaşlar və müavinətlərlə bağlı məsələyə bir daha baxılacaq ki, insanlar bunun əziyyətini hiss etməsin” – deyə deputat qeyd edib.
Qeyd edək ki, son vaxtlar əhali arasında bir çox sahələrdə maaş və pensiyaların artırılacağı ilə bağlı gözləntilər var. İqtisadçılar bununla bağlı müvafiq qərarın bu ilin ikinci yarısında qəbul ediləcəyini bildirirlər.