Gənclər fonduGündəmManşetVətəndaş cəmiyyətiXəbər xətti

“Kim olacaqsan – çalış səhv etmə” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İnnovasiyaya Doğru Gənclərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “”Kim olacaqsan?” – çalış səhv etmə” layihəsi həyata keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd bacarıqlı gənclərin ixtisaslı peşələrə yiyələnməsinə dəstək olmaq, yeniyetmələrə doğru qərar verməkdə kömək etmək, peşə seçimi edən gəncə vaxtında istiqamət vermək, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili mövzularında məlumatlandırma olub.

Təşkilatın sədri Rəşad Cəfərov layihənin əhəmiyyəti barədə danışarkən bunları bildirib: “Peşələr çox və rəngarəngdir. Təxmini hesablamalara görə 3 mindən artıq peşə, 40 mindən çox ixtisas var. İqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq yeni-yeni istehsal sahələri və bunlara müvafiq yeni peşələr, ixtisaslar da yaranır. Eyni zamanda, bəzi peşələr modernləşdirilir. Bu da insanlardan yeni biliklər və bacarıqlar tələb edir. Hər bir peşə və ixtisasın özünəməxsus cəlbediciliyi, romantikası və çətinliyi vardır. Buna görə də seçmək üçün peşələr aləmini tədqiq etmək, araşdırmaq lazımdır. Həyata keçirdiyimiz bu layihədə də biz gəcnlərə bir neçə müasir peşənin təqdiq edilməsində və seçim zamanı nələrə diqqət edilməsində yardımçı olduq.”

Təşkilar sədri həmçinin qeyd edib ki, peşə, ixtisas seçimi zamanı düzgün qərar qəbul etmək insan üçün çox vacıbdir. Lakin hər zaman bu seçimi doğru etmək olmur. Bunun əsas səbəblərindən biri peşə seçiminin elmi əsasları haqqında müəyyən biliyə, məlimata malik olmamaqdır. Təcrübə göstərir ki, müasir dövrdə peşələrin kəmiyyət və keyfiyyət etibarilə çox spektrli və rəngarəng olması da yeniyetmələrin bu müxtəliflik qarşısında düzgün seçim edə bilməmələrinə səbəb olur.