FotoGündəmManşetSiyasətXəbər xətti

Millət vəkili “Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif olunub – FOTOLAR

Ölkənin ictmai və siyasi həyatında yüksək fəaliyyətinə görə, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub

Millət vəkili göstərilən diqqətə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:

“Bu gün çox qürurluyam. Müzəffər Prezidentimiz İlham Əliyev tərəfindən “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilmişəm.

Zəmanəmizin dühası olan Heydər Əliyevin adını daşıyan medalla təltif olunmaq mənim üçün olduqca böyük etimad, şərəf və məsuliyyətdir.

Bu etimada görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdaram. Bundan sonrakı ictimai-siyasi fəaliyətimdə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi unikal siyasi kursa sadiq qalacağıma və müzəffər Ptezidentimiz İlham Əliyevin əsgəri olacağıma söz verirəm”

Aktor.Az saytının kollektivi olaraq hörmətli millət vəkilini təbrik edirik!