Moldova Qaqauz türklərinə qarşı siyasi təzyiqləri artırıb
Türkiyəyə yaxınlığı ilə tanınan Qaqauziya Muxtar Bölgəsinin prezidenti Yevgeniya Qutul Moldova hökuməti tərəfindən müxtəlif təzyiqlərə məruz qaldıqlarını və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Moldovaya qarşı SHOR partiyası tərəfindən qaldırılan məhkəmə iddianı dinləməyə qərar verdiyini açıqlayıb.
Bu barədə “Xalq Cəbhəsi”nə Qlobal Jurnalistlər Birliyindən məlumat verilib.
Ötən ay Qlobal Jurnalistlər Şurasının nümayəndə heyəti ilə də görüşən prezident Qutül, məruz qaldıqları zülm və haqsızlıqlarla bağlı Türkiyə hökumətindən və türk mediasından dəstək istəyib.
O, Moldova hökumətini SHOR Partiyasına qoyduğu qadağaya cavab verməyə çağırıb. Aparıcı müxalifət partiyası olan SHOR Partiyası Moldova Hökuməti tərəfindən bağlanıb və gələcək seçkilərdə iştirakına qadağa qoyulub. Bu addım ölkənin Avropa İttifaqı kimi demokratik prinsipləri qəbul etmək səyləri istiqamətində geri addım kimi qiymətləndirilib.
2023-cü ilin iyulunda keçirilən seçkilərdə SHOR Partiyasının namizədi olaraq Qaqauziya Muxtar Vilayətinin prezidenti seçilən Yevgeniya Qutul Moldova hökumətinin təzyiqlərinə müqavimət göstərir. Seçkilərdə qələbə qazanmasına baxmayaraq, Qutul Moldova Hökuməti tərəfindən akkreditə edilməyib və beynəlxalq səviyyədə təmsil edilmək səlahiyyətindən məhrum edilib.
Qaqauz türkləri üçün danışıq apardığı ucuz təbii qaz sövdələşməsinin qadağan edilməsi və vergilərin geri qaytarılması ilə bağlı çətinliklər kimi bir çox problemlərlə qarşılaşıb.
Martın əvvəlində Rusiya prezidenti Putinlə görüşündən sonra o, Moldova hökuməti tərəfindən həbs təhlükəsi ilə üzləşib. SHOR Partiyasının bağlanması ilə başlayan proses, demokratik prinsiplərin möhkəmlənməsi ilə bağlı fərqli bir proses yarada bilər.
SHOR Partiyasının qadağan edilməsindən sonra AİHM-ə edilən müraciətlə bağlı verilən açıqlamada Moldova hökumətindən SHOR Partiyasına qoyulan qadağanın aqrumentlərlə izah etməsi istənilib. AİHM-də ərizəni izləyən məsul şəxs Şaul Brazil məhkəmənin işi qəbul etməsindən məmnun olduqlarını bildirib və Moldova hökumətini SHOR Partiyasına qoyulan qadağanı əsaslandırmaq üçün dəvət edib. SHOR Partiyasının keçmiş vitse-prezidenti Marina Tauber açıq və ədalətli seçkilərin demokratiyanın təməlində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Moldova hökumətinin SHOR Partiyasına qadağa qoymasını demokratiyaya ciddi zərbə kimi qiymətləndirib və məhkəmənin prosesi izlədiyini və məmuniyyətlə davam etdirəcəyini vurğulayıb.