ManşetSiyasətXəbər xətti

“Əliməmməd müəllimin fəaliyyəti, təşəbbüsləri dəyər yaradır” – Zaur İbrahimli

60 ildir ki, uzun, incə bir yoldadır. 60 il yalnız yaşanmış bir ömür deyil, 60 il dövlətə, dövlətçiliyə, milli ideyalara, milli mübarizəyə, vətəndaş cəmiyyətinə bir yoldaşlıqıdr. Bu gün 60 illik yubileyini fəxarətlə qeyd etdiyimiz Əliməmməd Nuriyev ömrünün şüurlu hissəsni məhz belə addımlayıb. Gənc yaşlarından, Bakı Dövlət Univeristetinin Hüquq fakültəsinin tələbəsi, daha sonra məzunu kimi ötən əsrin 90-cı illərində Milli Azadlıq Mübarizəsində ön cərgələrdə yer alıb. Bu könllü, düşünülmüş seçimiydi, komfotlu həyata aparan yol seçimi də vardı.. Lakin Əliməmməd müəllimin seçimi müstəqillik, azadlıq, suverenlik, dövlətçilik uğrunda mübarizə yoluydu. Tariximizin ən cəsur və kədərli hadisələrində, 20 yanvar hadisələrində ayağından yaralananda, vəkil kimi mübarizə yoldaşlarının müdafiəsinə nitq söyləyəndə, PA Ümumi şöbənin müdiri kimi ali məmur ranqında, millət vəkili, vətəndaş cəmiyyəti lideri kimi çıxış edəndə də bu idealları qorudu. Ə.Nuriyev bu gün vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən, bununla yanaşı ictimai münasibətlər sisteminin bir çox sahələrində vacib qanunların qəbulunda bilavasitə rol alıb, birinci sahə ilə bağlı bir çox qanun layihələrinin müəlliflərindən, işləyənlərindən biri olub. Ə.Nuriyev eyni zamanda Azərbaycanın maraqlarının beynəlxalq paltformalarda qorunması, müdafiəsi, ölkəmizə qarşı qərəzli münasibətin dəyişməsi üçün əhəmiyyətli təşəbbüslərə imza atıb, rəhbərlik edib. Onun üçün dövlətçilik maraqları ilə yanaşı ictimai maraqların qorunması da müqəddəs bir amaldır. Uzun illərdir ki, Ə.Nuriyev bu istiqamətdə bütün enerjisi ilə yorulmadan çalışır, əngəllərin aradan qaldırılması üçün səy göstərir. Onu çəkinmdən vətəndaş cəmiyyəti fədaisi adlandıra bilərik və bu ifadənin azsaylı ünavnlarından biri məhz odur. Ə.Nuriyev həm də vətəndaş cəmiyyətinin müəllimlərindən biridir. Mən və çoxumuz ondan öyrənmişik və öyrənirik.

Əliməmməd müəllim həm də sadiq dostdur. Bu zamanın sınağından çıxmış həqiqətdir. Heç vaxt ona dost deyənləri ümidsiz qoymayıb, ona qarşı çıxsalar belə, bağışlamağı bacarıb. Dahi Albert Eynşteyn deyirdi ki, uğura yox, onun verdiyi dəyərlərə can atın. Əliməmməd müəllimin fəaliyyəti, təşəbbüsləri məhz dəyər yaradır. Yalnız dəyər yaradan insan ictimai həyatda, vətəndaş cəmiyyətində, hüquq ictimaiyyətində bu uzun illər ərzində hörmətini qoruyub saxlaya bilərdi.

Əliməmməd müəllimi təbrik edirik, ona uzun ömür can sağlığı, yeni nailiyyətlər arzu edirik!

Zaur İbrahimli

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü