FotoGündəmManşetSosialVətəndaş cəmiyyətiXəbər xətti

Ailə dəyərləri və valideyn-uşaq münasibətlərinə dair təlim keçirilib – FOTOLAR

“XXI əsrdə valideyn-uşaq münasibətləri. Milli mənəvi və ailə dəyərlərinə əsaslanmış tərbiyə prosesi” üzrə təlim təşkil edilib.

QHT.az xəbər verir ki, müasir valideynlik və uşaq tərbiyəsi məsələləri ilə məşğul olan alimlər Hişam ət-Talib, Əbdülhəmid əbu Süleyman və Ömər ət-Talib tərəfindən “Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait” adlı geniş metodik vəsait ABŞ ilə yanaşı Tacikistan, Qırğızıstan, Pakistan, Malayziya və digər ölkələrdə pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar və digər mütəxəssislər tərəfindən geniş istifadə olunmaqla Azərbaycanda da 2020-ci ildə İdrak İctimai Birliyi nin təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə edilmiş və Dini Qurumlarla Ish Uzre Dovlet Komitesinin icazəsi ilə (DK-1048/Q) nəşr edilmişdir.

Bu kitabın əsasında Bakı şəhərində mütəxəssislər üçün 2023cü il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu / Azerbaijan Institute of Theology, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Pediatrlar Assosiasiyası və Ümidli Gələcək STİB-in birgə təşkilatçılığı və əməkdaşlığı ilə “XXI əsrdə valideyn-uşaq münasibətləri. Milli-mənəvi və ailə dəyərlərinə əsaslanmış tərbiyə prosesi” mövzusunda 3 günlük təlim kursu təşkil edilmişdi.

Növbəti təlimlər regionların birində, Lənkəran şəhərində Lənkəran Regional Təhsil İdarəsinin və TƏBİB dəstəyi ilə 26-27 fevral 2024 cü il tarixində müəllimlər, psixoloqlar, həkimlər, tibbi personal və valideyn birliyinin nümayəndələrinin iştirakı ilə təşkil edildi. Təşkilatçılar və təlimçilər açılış nitqləri, təqdimatlar ilə çıxış edərək valideyn və uşaq münasibətləri fonunda yeni nəslin fiziki və əqli sağlamlığının qorunması baxımından kursun əhəmiyyətindən dasnışaraq, müasir dünyada ailənin vəzifələri və məqsədləri, uşaqları tərbiyə üsulları, erkən uşaqlıq dövründə inkişafa dəstək, reproduktiv sağlamlıq və cinsi tərbiyə, uşaqlarla uğurlu ünsiyyətin prinsipləri, şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri və ümumilikdə icra edilən təlimin mövzusunun vacibliyini vurğulamışlar və iştirakçılara müvafiq tövsiyələrini vermişlər. Vəsaitin əsasında və uşaq-valideyn-müəllim münasibətləri sahəsində geniş təcrübəyə malik Təlimçi heyəti tərəfindən təlimdə aşağıdakı mövzular üzrə təqdimatlar və qrup müzakirələr aparılmışdır:

– Müasir dövrdə uşaqları necə tərbiyə edək: tərbiyə üsulları.

– Ailə məfhumu: müasir dünyada ailənin vəzifələri və məqsədləri

– Müsəlman ölkələrində və türk dövlətlərində ailənin əhəmiyyəti və məqsədləri

– Uşaqların inkişaf mərhələləri və tərbiyə işi nə zaman başlanmalıdır. Erkən uşaqlıq dövründə inkişafa dəstək. Xarakter nədir və necə formalaşır?

– Gender stereotipləri və ənənəvi dəyərlər

– Reproduktiv sağlamlıq və cinsi tərbiyə

– Nümunəvi vətəndaş yetişdirilməsində milli mənəvi dəyərlərin rolu

– Şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri: məsuliyyət və imtiyazların əlaqələndirilməsi amili və s.

Təlimin sonunda təlim iştirakçıları icra edilən layihənin mahiyyətinə dair müsbət fikrilərlə bölüşərək bu cür mövzuların və təlimlərin daha geniş auditoriyalarda keçirilməsini tövsiyyə etdilər və sertifikatlar təqdim edilmiş və hər bir iştiraakçıya “Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait” kitabı hədiyyə edilmişdir.

Dövr dəyişir, fərqli yanaşma və əks-reaksiyalar tələb edən yeni situasiyalar meydana çıxır. Əlbəttə ki, bütün valideynlər uşaqlarının yaxşı olmasına ümid edirlər. Lakin valideynlərin yaşadıqlar dövran və o zaman olan təhdidlər və imkanlar, uşaqların böyüdüyü dövranla çox zaman fərqlənir.

Son 20-30 ildə dünyada baş verən hadisələr, sivil toplumlarda gedən bir sıra ziddiyyətli proseslər ailə institutuna ciddi zərbələr vurmaqdadır və məsuliyyətli valideynliyi və ümumən tərbiyə prosesinə əhəmiyyətli təsir göstərir. Uşaqlarının uğurları ilə valideynlərin öyünmələri üçün indiki tərbiyə işi bacarıq və hazırlıq tələb edir. Xoşbəxtlikdən, indiki dövrdə tərbiyə işinə dair çoxlu üsullar və kifayət qədər informasiya mövcuddur. Düzdür, bu üsullar birmənalı hesab olunmur, amma yaxşı valideyn olmaq da heç vaxt gec deyildir, çünki tərbiyə bütün ömür boyu davam edən prosesdir. Bu məqsədlə məlum problemlərin həlli yolları göstərilmiş, valideynlərin yol verdikləri səhvlərin azaldılması istiqamətində təkliflər irəli sürülmüşdür. Bütün bunları nəzərə alaraq, uzun illər müasir valideynlik və uşaq tərbiyəsi məsələləri ilə məşğul olan alimlər Hişam ət-Talib, Əbdülhəmid əbu Süleyman və Ömər ət-Talib tərəfindən “Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait” adlı geniş metodik vəsait ərsəyə gətirmişdilər.