“Anti – Azərbaycan dairələri seçki prosessinə kölgə salmaq istəyir“ – Elman Nəsirov
“Anti – Azərbaycan dairələri seçki prosessinə kölgə salmaq istəyirlər”Bu sözləri News365.az-a müsahibə verən Millət Vəkili Elman Nəsirov deyib.
“Heş kəsə sirr deyildir ki, həm bəzi Avropa ölkələrində Post Sovet məkanında yaxın Şərqdə rəngli inqilabları həyata keçirən beynəlxaq siyasi dairələr, böyük dövlətlər bu prosessdən əsasən gənclərə istinad edirlər. Onların potensialından istifadə etmək əsas hədəfə çevrilib. Çünki gənclik böyük enerjiyə malikdir, gənclik düzgün istiqamətdə olanda qırıcı qüvvədir. 2011 və 2012-ci illərdə beynəlxalq anti – Azərbaycan dairələr ölkəmizdə də belə eksperment həyata keçirmək istədilər. Bu baş vermədi. çünki Azərbaycanda səfərbər olmunmuş cəmiyyət, vətəndaş həmrəyliyi hökm sürür. Bu o demək deyil ki, həmin qüvvələr yatıblar. Bu gündə onlar oyaqdırlar, gecə-gündüz Azərbaycan əleyhinə senarilər fikirləşirlər və reallaşdırmaq istəyirlər. ÜAbzas media qurupu”, “toplum televiziyaçı” və toplum jurnalist mərkəzi fəaliyyət göstərir ki, biz onların fəaliyyətini diqqətlə araşdırdıqda görürük ki, Əsas beynəlxalq Amerika ştatlarının agentliyindən yardımlar alırlar. Maaliyəşdirdikləri media təmsilçilərini xüsusi vəzifələrin icrası üçün hazırlayırlar. Ölkəmizdə fevral ayının 7-də keçirilən prezident seçkilərindən həmin gənclərdən faydalanaraq seçki prosessinə cəl etmək istəyirlər. Bu prosessdə onların əsas işi ayrı-ayrı qüsurları üzə çıxardıb, şişirtməkdir.Bunun ardınca isə qərbdəki antı-Azərbaycan dairələri bu istiqamətdə məlumatlandırmaq üçün milçəkdən fil yaratmaq və nəticə etibarı ilə Azərbaycandakı seçki prosessinə kölgə salmaq istəyirlər. Bu artıq sınanmış üsuldur. İndidə belə gəncləri media ilə hazırlayıb dövlətimizə qarşı istifadə etmək istəyirlər. Millətimiz bütün prosessləri diqqətlə izləyir, kimin kim olduğunu çox gözəl bilir. Xüsusilə AŞPA-nın Azərbaycan qarşı son atdığı addımlar fonunda biz bir daha əmin olduq ki, Bu gün Azərbaycan inkişaf yolu keçmiş dövlətdir”- deyə fikirini tamamlayıb.