Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib – FOTOLAR
Yanvarın 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi 20 Yanvar hadisəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, hörmətlə xatirələri anılıb. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini nümayiş etdirir. Bu epoxal hadisə dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsidir, məhz bundan sonra xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlətdir. Bu gün bütün şəhidlərimiz kimi, 20 Yanvar şəhidlərinin də ruhu şaddır!