Aktor TvGündəmManşetMüsahibəSiyasətVideo xəbərXəbər xətti

Prezident seçkisinin ilk gərgin iqtidar-müxalifət DEBATI – VİDEO

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.

T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası keçiriləcək. Onun sözlərinə görə, iclasda prezidentliyə namizəd irəli sürüləcək.

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan olunması postmüharibə dövrünün çağırışları ilə bağlıdır”. Bunu AMİP lideri Etibar Məmmədov deyib. “Artıq yeni dövr başlayıb və ölkənin qarşısına vəzifələr qoyulub, onların həyata keçirilməsi üçün isə yeni müddətlər lazımdır”, – o vurğulayıb.

Partiya lideri seçki zərurətini həm də dünyada və regionda gedən proseslərlə əlaqələndirib: “Dünya sürətlə dəyişir, dinamik proseslər gedir. Bu müstəvidə yeni tələblərə uyğun start meydançası əldə etməyə ehtiyac var”.

Etibar Məmmədov seçkilərdə iştirak edib-etməyəcəyi barədə sualı belə cavablandırıb: “Mən seçkilərdə 20 il bundan əvvəl iştirak etmişəm və istefa vermişəm. Bundan sonra iştirak etmək niyyətində deyiləm”.

“Amma siyasətdən getməmisiniz” sualına AMİP lideri “Heç kim siyasətdən getməyib, bütün insanlar aparılan siyasətdə bu və ya digər formada iştirak edirlər” – deyə cavab verib.

Ağ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, bu gün rayon təşkilatları sədrlərinin iştirakı ilə toplantı keçiriləcək. Partiya sədri bildirib ki, İdarə Heyətinin ilkin toplantısında fikir ayrılıqları olmuşdu.

“Güman edirəm ki, son qərarı bu həftə ərzində verəcəyik”. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə növbədənkənar prezident seçkisində iştirak edib-etməməklə bağlı hələ qərar verilmədiyini deyib.

Partiya sədri yekun qərarın həftənin sonuna planlaşdırılan Siyasi Şuranın iclasından sonra veriləcəyini bildirib.

AMİP sədri Arzuxan Əlizadə bildirib ki, bu həftənin cümə günü partiyanın Siyasi Şurasının iclası çağırılıb: “Bu iclasda partiyanın seçkilərdə hansı formada iştirakı ilə bağlı məsələ müzakirə olunacaq.

Müxalifət niyə passiv görünür? Proseslərdə aktiv iştirak etməyə niyə çəkinir?

Bu və gündəmdəki digər xəbərləri Musavat TV-nin bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı deputat Elman Nəsirovla AXP sədri Pənah Hüseynlə müzakirə ediblər.

Ətraflı videoda: