FotoManşetSağlıqSosialXəbər xətti

Psixologiya, Loqopediya Festivalı təşkil olunub – FOTOLAR

Noyabrın 23-ü Azərbaycan Autizm Assosiasiyası ,Azfest Group və Azərbaycan Dəmir yolları QSC-nin təşkilatçılığı Pasha Hoıdinqin sponsorluğu ilə ölkəmizdə ilk dəfə Psixologiya, Loqopediya Festivalı təşkil olunub. Festivalda
Bakı şəhərində fəaliyyət göstərən mərkəzlər və bu sahədə çalışan mütəxəssislər öz işlərini ictimaiyyətin diqqətinə çatdırıblar. Gün davam edən festivalda psixoloq və loqopedə ehtiyacı olan insanlara ödənişsiz xidmətlər göstərilib. Daha sonra panel müzakirələr keçrilib. Sonda iştirakçılara sertifikat verilib.Ziyarətçilər arasında millət vəkilləri və tanınmış ictimai xadimlər də olub. Festival axşam saatlarınadək davam edib.