QHT yeni layihənin icrasına başladı
“Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 Iyul 2023-cü il tarixindən “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” adlı layihənin icrasına start verib.
Layihə rəhbəri Nuranə Abdullayevanın bildirdiyinə görə layihə 3 ay müddətində (01 iyul-01 Oktyabr 2023-cü il) icra olunacaq. Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların həyatını yaxşılaşdırmaq üçün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, dietaterapiya və s.) sahəsində öyrədici tədbirlərin təşkili və inkişaf etdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğidir.
Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir. Layihə autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid