Narkomaniya bəlası insan mənəviyyatını necə məhv edir? – VİDEO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “Narkomaniya: insanın mənəviyyatını məhv edən bəla!” layihəsi çərçivəsində AXC TV-nin “Azad meydan” verilişində nəzərdə tutulmuş birinci verilişdə narkomaniya ilə bağlı mübarizə məsələləri müzakirə olunub.
Qonaq qismində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul nümayəndəsi Tural Hüseynzadə və “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov çıxış ediblər.
Qeyd edək ki, layihə icra müddəti 3 aydır.
Ətraflı videoda: