FotoQHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

Sosial müdafiə mexanizmləri haqqında məlumatlılıq tədbiri keçirildi FOTOLAR

“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Əhalinin həssas sosial qruplarının mövcud sosial müdafiə mexanizmlərindən istifadə bacarıqlarının artırılması” adlı layihəsi çərçivəsində qazilərin, şəhid ailələrinin və müharibə iştirakçılarının iştirakı ilə ictimai müzakirə keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdiri Pənah İmanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Layihələrlə İş və Monitorinq şöbəsi mütəxəssisi Murad Adimov, Qərbi Azərbaycan İcması nümayəndəsi Miraslan Bəkirov, QHT və yerli bələdiyyə nümayəndələri iştirak edirdi. Tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədi haqqında ətraflı məlumat verərək, iclası müzakirəli şəkildə davam etdirilməsini vurğuladı. Müzakirə zamanı tədbir iştirakçısı Xətai RİH-i nümayəndəsi Pənah İmanov çıxış edərək bildirdi ki, “44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərin ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanılıb. O qeyd etdi ki, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. O, dövlət tərəfindən bu kateqoriyaya aid olan şəxslərə diqqət və qayğısını vurğulayaraq bildirdi ki, rayonda mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri maraqlanaraq mümkün qədər çevik həll etməyə çalışırıqlarını və Qeyri Hökumət Təşkilatlarının belə maarifləndirici tədbirlərin keçirilməsi ilsə təqdirə layiqolmasını bildirdi”.

Sonra tədbir layihənin icra planına uyğun olaraq iqtisadçı ekspert Rəşad Həsənovun təqdimatı ilə əlilliyi olan şəxslərin, qazilərin, şəhid ailələrinin və müharibə iştirakçılarının rifahının inkişafını hədəfləyən sosial müdafiə mexanizmləri haqqında məlumatlılıq səviyyəsinin artırılması, onların bu proqramlardan istifadə bacarıqlarının inkişaf etdirilməsi haqqında sosial çarx nümayiş etdirildi. Tədbirdə qarşılıqlı müakirə zamanı şəhid ailələrinin və qazilərin suallarına Sosial Xidmətlər Agentliyin məsul nümayındəsi Murad Həşimov ətraflı cavab verdi və izahlı məlumat verərək, müraciət üçün aidiyyatı telefon və ünvanlarını qeyd etdi. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva və iştirakçılar çıxış edərək, belə maarifləndirici tədbirlərin davamlı olmasını arzuladılar.

Sosial müdafiə mexanizmləri haqqında məlumatlılıq tədbiri keçirildi FOTOLAR
Sosial müdafiə mexanizmləri haqqında məlumatlılıq tədbiri keçirildi FOTOLAR