Güclü türk ordusu kiçik Afrində niyə bu qədər ləngidi? – CAVAB
Türkiyənin Afrində apardığı əməliyyatlar təxminən iki aydır ki, davam edir. Ancaq bölgənin kiçik olmasına baxmayaraq, əməliyyatlar hələ də yekunlaşmır. Bu da Afrin əməliyyatları ilə bağlı müəyyən sualların ortaya çıxmasına səbəb olur.
Millət vəkili Fazil Mustafa Aktor.Az-a bildirib ki, əməliyyatlar Türkiyə ordusunun Afrində riskli addımlardan çəkinməsi səbəbindən gecikir:
“Afrinda uzunmüddətli istehkamlar və müdafiə səngərləri yaradılıb, həmçinin bölgədə minalanmış sahələr çoxdur. Hərbidə isə minalanmış sahələrdə irəliləmək böyük problemdir. Gecikmənin əsas səbəbi budur, əks halda Türkiyə ordusunun əlində Afrin əməliyyatını bitməsi çox xırda işdir.
Bundan başqa, yerli əhali ilə problemlər müəyyən dərəcədə həll olunmalıdır. Çünki əməliyyatlarla terrorçuların sıradan çıxarılması məqsədi güdülür və bu fonda yerli əhaliyə xəsarət dəyməməlidir. Bütün cəhdlər bunun üzərində qurulub. Türk ordusu çalışır ki, həmçinin əsgərlər də az zərər görsün. O ki qaldı xarici faktorlara, bu, prosesdə elə çox rol oynamır”.