30 il əvvəl Füzulidə itkin düşən şəxslə vida mərasimi keçirilir (FOTO)
30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi məzarlıqda qalıqları tapılan şəhid Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna gətirilib.
Trend-in yerli bürosunun məlumatına görə, şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir. Mərasimə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıb.
Vida mərasimindən sonra şəhid Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında dəfn ediləcək.
Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndi anadan olub. O, Birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.