ManşetQHT AgentliyiSosialVətəndaş cəmiyyətiXəbər xətti

QHT yeni layihənin icrasına başladı

Rauf Rəcəbov: “Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var”

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 Iyul 2023-cü il tarixindən “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı layihənin icrasına start verib.

Layihə rəhbəri Rauf Rəcəbovun bildirdiyinə görə layihə 3 ay müddətində (01 iyul-01 Oktyabr 2023-cü il) icra olunacaq. Əsas məqsəd milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlığın necə hökm sürdüyünü təbliğ etməkdir. Milli-mənəvi və dini dəyərlərimizin qorunması,inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. İcra dövründə Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizmın dövlət səviyyəsində qorunub saxlanılması xüsusi olaraq vurğulanacaq.

Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir.Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında qədim milli-mənəvi dəyərləri ilə tanınıblar. Xalqımız həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.

Layihə çərçivəsində hazırlanacaq “Dünyaya örnək olan Azərbaycan” adlı sənədli filmdə Azərbaycan xalqının hər zaman milli dəyərlərə sadiqliyi, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirməsi, eləcə də tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılmasının aktuallığı işıqlandırılacaq. Film maarifləndirmə xarakteri daşıyır.