Narkomaniya ilə bağlı layihəyə start verilir
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyaları çərçivəsində “Narkomaniya: insanın mənəviyyatını məhv edən bəla!” adlı layihənin icrasına başlayır.
Təşkilatdan verilən məlumata görə, layihədə narkomaniyadan əziyyət çəkən insanların bu bəladan xilas edilməsi üçün çıxış yollarının aranmasından, həmin şəxslərin sağlam cəmiyyətə dönməsinə dəstək olunmasından, gənclərə, yeniyetmələrə “ağ ölüm”ün fəsadlarının hansı problemlərə gətirib çıxaracağını diqqətə çatdırqmaqdan bəhs olunur.
Məlumdur ki, bu gün bəşəriyyətin qlobal problemlərindən biri də narkomaniyadır. Dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür. Ölkəmiz də bu problemlə rast gəlinir, narkomaniya durmadan yayılmaqdadır.Bəli, dövlətimiz bu bəla ilə həmişə mübarizə aparıb. Amma bununla tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq.
Təşkilatdan diqqətə çatdırılıb ki, Fəaliyyət Planına əsasən, layihə çərçivəsində İsmayıllı rayonunda gənclər, tələbələr və yerli sakinlərlə əyani görüşlərin keçirilməsi, həmçinin internet televiziyada ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Layihənin icra müddəti 3 aydır.