Nazir Söyüdlü kəndi ilə bağlı danışdı – VİDEO
“Komissiyanın iclası keçirilib. Hazırda əraziyə gedirik. Monitorinq qrupları artıq orada çalışmağa başlayıb. Əhali ilə də görüşəcəyik”.
Bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Baku.TV-yə açıqlamasında deyib.
“Bu gün və növbəti günlərdə toplanan materiallar təhlil olunacaq və hökümətə təqdim ediləcək. Hələlik bir söz demək tezdir”, – deyə nazir əlavə edib.