Mərkəzi Gömrük Hospitalının bir qrup əməkdaşına yubiley medalı, döş nişanı, fəxri fərmanlar təqdim edilib – FOTOLAR
Mərkəzi Gömrük Hospitalının xidmətdə fərqlənən bir qrup əməkdaşına yubiley medalı, döş nişanı, fəxri fərmanlar təqdim edilib
17 iyun –Tibb Işçilərinin Peşə Bayramı Gününə həsr edilmiş iclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfinfən Mərkəzi Gömrük Hospitalının xidmətdə fərqlənən bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı, döş nişanı, fəxri fərmanlar təqdim edilib.
17 iyun –Tibb Işçilərinin Peşə Bayramı Günü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022) Azərbaycan Respublikasının yubiley medalı ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Radiologiya şöbəsinin həkim-sonoloqu Günay Əhmədova və həkim-terapevt Nazilə Xəlilbəyova təltif olunublar.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı Elməddin Əliyev, Travmatologiya və ortopediya şöbəsinin rəisi, travmatoloq-ortoped Ramin Rzayev, Cərrahiyyə şöbəsinin həkim-cərrahı Aynur Səfiyeva “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif olunublar.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Planlaşdırma və marketinq şöbəsinin PR üzrə mütəxəssisi Dilarə Zamanova “Gömrük Əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunub.
Azərbaycan Respublikası Gömrük işini aparan Icra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov, Patomorfoloji Diaqnostika şöbəsinin rəisi Zərifə Yusifli, Poliklinika şöbəsinin həkim-otolorinqoloqu Elvin Əzizov, Ürək-Damar Cərrahiyyəsi şöbəsinin həkim-cərrahı Kənan Əsədov, Qan Bankının həkim-bioloqu Gülxar Quliyeva, Planlaşdırma və marketinq şöbəsinin Marketinq üzrə mütəxəssisi Salva Rüstəmova, Cərrahiyyə şöbəsinin tibb bacıları Kəmalə Şirinova və Gülbəniz Əliyeva, İkinci Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Qərənfil Süleymanova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin baş tibb bacısı Cəmilə Qarayeva və tibb bacısı İlhamə Mirzəyeva təltif olunublar.
Tibbi Xidmət İdarəsi Həkim Tibb komissiyasının həkim cərrahı Nurlan Mahmudova, Fizioterapiya şöbəsinin tibb bacısı Natella Əliyeva, Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Sədi Allahverdiyev, İnsult Mərkəzi həkim nevroloq Lalə İbrahimova və Kardiologiya şöbəsinin kardioloqu Emin Allahverdiyev, həkim kardioloq Nəsimi Cabbarov və böyük tibb qardaşı Vüsal Əliyevə təşəkkür elan edilib.
Həmçinin, xidmətdə fərqlənmiş Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalının 10 əməkdaşına həvəsləndirmə tədbiri kimi pul mükafatı təqdim edilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Azərbaycan Respublikasının yubiley medalı, döş nişanı, fəxri fərmanlar təqdim edilən, təşəkkürnamə elan olunan və pul mükafatı təqdim edilən əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!