ManşetSosialTəhsilXəbər xətti

Təhsil Nazirliyi abort elətdirən 1200 şagirdlə bağlı niyə şərh vermir?

Təhsil eksperti Kamran Əsədov ölkədə təhsilin vəziyyəti haqqında şok açıqlamalarla çıxış edib. O, iddia edir ki, “son 3-4 il ərzində abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb. Abort etdirənlər isə 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir”. Qeyd edək ki, Azərbaycanda təhsil yarımcan vəziyyətdədir. Xeyli miqdarda pullar xərclənsə də niyə nəticəsi görünmür, köklü bir dəyişiklik baş vermir?..

Əslində təhsil millətin keyfiyyəti deməkdir. Təhsil keyfiyyətsiz olanda mədəniyyət də, ədəbiyyat da, musiqi də, elm də, eyni zamanda insanlar arasında normal ünsiyyət də olmur. Təhsil varsa, bunlar ucadır, yoxdursa, alçaqdır. Görün nə zamandır, bacı bacının başını kəsir, qardaş qardaşı güllələyir, oğul anasını boğur, ata körpələrini boğur, şağırd sinf yoldaşını zorlayır.

BNEWS.az saytı abort elətdirən məktəblilərin sayı barədə deyilənlərin doğru olub-olmadığını öyrənmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun “tövsiyəsi”ni nəzərə alaraq, martın 9-da saat 15:33-də nazirliyin e-mail ünvanına rəsmi sorğu göndərib.

“Lakin nədənsə, nazirliyə ünvanladığımız sorğuya cavab verilmədi. Martın 12-də sorğumuza cavab almaq üçün təkrar C. Valehov ilə telefon əlaqəsi saxladıq. O, bildirdi ki, Səhiyyə Nazirliyi abort elətdirən məktəblilərin sayı barədə ətraflı araşdırma aparıb və bunula bağlı məlumat yayıb”.

“Səhiyyə Nazirliyinin məlumatından istifadə edə bilərsiniz. Təhsil Nazirliyi abort elətdirən məktəblilərin sayı barədə hər hansı bir şərh verə bilməz. K. Əsədov dediyi hələ fakt deyil. Bu daha çox tibbi məsələdir”, – deyə C. Valehov qeyd edib.