Taksilərin qiyməti nə qədər qalxacaq? – Deputatdan açıqlama
İnsanları narahat edən məqamlardan biri taksilərlə bağlı qanunun qəbul olunmasından sonra qiymətlərdə olan dəyişikliklərdir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.
“Bu gün insanlar narahatdır ki, taksilərin qiyməti nə qədər qalxacaq? Bu qanunun qəbulu ona görə yaxşıdır ki, ölkədə 5 taksi aqreqatoru at oynadırdı, hökumranlıq edir. İndi haqlı rəqabət ola bilər”,- deyə deputat vurğulayıb.
“Hökmranlıq edən şirkətlərə görə fəsadlar çox oldu. İnsanlar narahat olurdu, onların sürücülərinin xarici görkəmi normal deyildi. Sürücülər bəzən içkili olurdu. Biz haqlı rəqabətin tərəfdarıyıq. Biz Bakını Tbilisi ilə müqayisə edə bilmərik. Amma mən deyirəm ki, neçə aqreqator olur olsun, əsas haqlı rəqabət olsun”.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur. (modern.az)