“Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb” — Deputat
Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb.
Bunu Milli Məclisinin növbədənkənar sessiyasının növbəti iclasında deputat Siyavuş Novruzov deyib:
Onun sözlərinə görə, bu mıntəqələrdə minlərlə insan işləyirdi: “Artıq “qara bazar” var. Metro stansiyalarının qarşısında dollar dəyişmə yerləri fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq sanki. Şənbə-bazar günləri heç yer işləmir, ölkəyə gələn turist pulunu harada dəyişsin? 1-2 bankın növbətçi filialları çalışır. Amma gərək Əhmədlidə olan şəxs pul dəyişmək üçü mərkəzə gəlsin”.
Deputat bildirib ki, düzdür, valyuta dəyişmə məntəqəsi açmaq üçün girov çoxdur: “Amma bu məntəqələr açılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gözəl dayanacaqlar təqdim edir. O dayanacaqlar formasında dünyanın hər yerində pul dəyişmə məntəqələri var. Bizdə də açılıb işləsin. Bu, həm iş yeridir, həm də vətəndaşların və turistlərin rahatlığıdır”.