Xəbər xətti

Sumqayıtda parkda gənclər arasında qanlı DAVA

Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Sənan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Ömərə xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 27-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, 6-cı məhəllə ərazisində yerləşən “Bələdiyyə” parkında baş verib. 

Sənan parkda olarkən təsadüfən onunla üzbəüz gələn tanışı Öməri görüb. Ondan barəsində tanışlarının yanında arxasınca nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda, Ömər yenidən ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı Sənan üzərində gəzdirdiyi cib bıçağı ilə Ömərin döş qəfəsinin sol yarısına bir dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Sənanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan olunub. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Öməri uzun müddətdir tanıyıb, onunla əvvəllər aralarında ədavət olmayıb: 

“Ömər barəmdə tanışlarım arasında nalayiq ifadələr işlətdiyindən onunla bir dəfə münaqişəmiz oldu. Buna görə də Ömərdən qisas almaq istədim. Azad mənə dedi ki, 2022-ci ilin aprel ayında hərbi xidmətə gedəcək, bu səbəbdən qonaqlıq təşkil edəcək və məni də həmin qonaqlığa dəvət edəcəkdir. Azad qonaqlığın “Zeytun” kafesində olacağını dedi. Martın 27-də “Zeytun” kafesinə getdim. Qonaqlıda spirtli içki qəbul etdim. Bir müddət sonra kafenin çölünə çıxdım və yaxınlıqda olan bələdiyyə parkında tək gəzməyə başladım. Parkda gəzəndə Ömərin mənə tərəf gəldiyini gördüm. Öməri görən kimi əsəbiləşdim. Ömər yanıma çatan kimi ünvanıma təhqiramiz ifadələr işlətdi. Mən də cavabımda Öməri təhqir etdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə vaxtı Ömər onun yaxasından tutaraq silkələməyə və ünvanına nalayiq söyüşlər söyməyə başlayıb: 

“Ömər məni təhqir etdi, əli ilə sifətimə toxunaraq məni vuracağı ilə hədələdi. Sonra isə Ömər məni kənara itələdi. Mən yerə yıxılmaq həddinə çatdırdı. Ömərin bu hərəkətlərindən daha da qəzəbləndim. Öməri özümdən uzaqlaşdırmaq, eləcədə qorxutmaq üçün həmin vaxt üzərində olan cib bıçağını çıxardım, Ömərin kürək nahiyyəsindən bir dəfə zərbə vurdum. Ömərlə aramızda baş vermiş mübahisə təxminən 2-3 dəqiqə ərzində davam etdi. Həmin vaxt yanımızda heç kim olmyıb. Öməri bıçaqla vurduqdan sonra isə onun tanışı Nəriman gələrək bizə yaxınlaşdı. Sonradan da yanımıza başqa heç kim gəlmədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 4-cü polis bölməsinə gələn zaman qorxduğundan həmin bıçağı Bakı Sumqayıt şosse yolunda xatırlamadığı bir yerə atıb. 

Qeyd edib ki, vətən müharibəsində könüllü olaraq iştirak edib, “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. 

Ona 2 il sınaq müddəti olmaqla 4 il şərti cəza verilib.